Elektromobillərlə bağlı DƏHŞƏTLİ FAKT – Həqiqətən belədirsə...

Artıq bir neçə ildir ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da elektrik mühərrikli nəqliyyat vasitələrinə olan tələb kəskin artıb. Bir çox parametrlərinə görə yanacaqla işləyən maşınlardan daha sərfəli olan bu avtomobillər, ekoloji təmiz standartları uyğun olduğu üçün yaxın gələcəkdə daha çox tələb görəcək.
Xüsusən Qərb ölkələrində daha geniş istifadə olunan elektromobillər, benzin və dizel yanacağının baha olduğu ölkələrdə əvəzedilməz fərdi nəqliyyat vasitəsi hesab olunur.
Lakin bəzi avtomobil mühəndisləri və nəqliyyat üzrə mütəxəssislərə görə, elektormobillər hələ də özünü yetərincə doğrulda bilmir. Hazırda ölkəmizin də içərisində yer aldığı əksər dövlətlərdə başlıca elektormobillər məhz Çin markalarının istehsal etdiyi maşınlardır.
Bu avtomobillərin anomal isti hava şəraitində və uzunmüddətli tıxaclarda anidən alışması praktikası heç kəsə sirr deyil. Son zamanlar isə elektromobillərlə bağlı daha fərqli iddia gündəmdədir. Bir çox sürücülərə görə, qış aylarında elektrik mühərrikli maşınlar uzaq yollarda uzunmüddətli yürüş məsafəsi təmin etmir. Daha sadə dillə desək, mühərrik tam şarjla 400 kilometr məsafə sürüş təmin etməli olduğu halda, soyuq və şaxtalı hava şəraitində bu 200 kilometrə qədər düşə bilir.
Bəzi avtomobil təmirçiləri bu faktla razılaşsa da, əksər ustalar bunun reallığı əks etdirmədiyini deyir. Təmirçilər bu iddianı daha çox başqa hissələrində nasazlığı olan və enerji tutumu azalmış mühərrikə malik nəqliyyat vasitələri ilə əlaqələndirirlər. Onlar düşünür ki, mühərrik sazlığı yerində və texniki göstəriciləri yaxşı olan elektromobillərdə qətiyyən bu problemlər özünü göstərmir. Digər tərəfdən, bir çox mütəxəssislər bu iddianın sübut olunması üçün hansısa elektromobilin davamlı və mütəmadi uzaq yollarda istifadə edilməli olduğunu bildirir.
(Yeni Sabah)
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












