Elmar Vəliyevin nömrəsini əlindən aldılar - 20 AS, AC, AB 100 - FOTO

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elmar Vəliyevin sevimli avtomobil nömrəsi əlindən alınıb. İcra başçısı işlədiyi dönəmlərdə müxtəlif markalı avtomobillərinin üzərində gəzdirdiyi 20AA100 dövlət qeydiyyat nişanı artıq yeni icra başçısı Niyazi Bayramovun yaxın adamlarının istifadəsindədir. Avtosfer.az xəbər verir ki, məlum nömrə Elmar Vəliyevin 250 min qiyməti olan "Lexus”unda idi. Bundan başqa 20 AS, AC, AB 100-lə olan digər nömrələr də Vəliyevlər ailəsinin mülkiyyətində olub.
Məlumatda qeyd olunur ki, sabiq icra başçısının oğlu Elmir Vəliyev 20 AA 100 dövlət qeydiyyat nişanını vermək istəməsə də Gəncə Regional İmtahan Qeydiyyat Şöbəsinin rəisi Vüqar Məmmədyarov həmin nişanı yeni başçının avtomobilinə verib.
Məlumatda qeyd olunur ki, sabiq başçının oğlu Vüqar Məmmədyarovu sərt ifadələrlə ittiham edib.
DİN BDYPİ -nin Gəncə Regional İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Vüqar Məmmədyarov Gununsesi.org-açıqlamasında bildirib ki, sonluğu 100 lə bitən nömrələri Vəliyevlər özü könüllü sata bilər: "Burada hansısa qanunsuz yolla nömrə alınmasından söhbət getmir”.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar











