Ən etibarlı 10 işlənmiş avtomobil - SİYAHI

İşlənmiş avtomobil alarkən sürücülərin əksəriyyəti üçün etibarlılıq əsas meyardır. Yürüşü olan avtomobil yeni modeldən xeyli ucuzdur, lakin əvvəlki sahibinin ona nə dərəcədə düzgün qulluq etdiyini dəqiq bilmək mümkün olmur. Avtosfer.az xəbər verir ki, "Top Speed" nəşri demək olar nasazlıqlardan qorxmayan 10 işlənmiş avtomobilin siyahısını açıqlayıb. Qeyd olunur ki, bu modellər çox nadir hallarda sıradan çıxır.
Ən etibarlı 10 işlənmiş avtomobil:
- “Kia Rio”
- “Mitsubishi Outlander Sport”
- “Toyota Yaris”
- “Volkswagen Passat”
- “Infiniti Q50”
- “Mazda3”
- “Honda Fit”
- “Toyota Corolla”
- “Honda Civic”
- “Buick Encore”
Krossover “Buick Encore” etibarlılığına görə son dərəcə yüksək ümumi qiymət alıb. Ekspertlər bu modelin yığım keyfiyyətini də xüsusi olaraq yüksək dəyərləndiriblər. Bundan əlavə, “Buick Encore” yenidən satış zamanı dəyərinin böyük hissəsini qoruyub saxlayır. Mütəxəssislərin fikrincə, bu krossover idarəetmə baxımından da kifayət qədər rahatdır. Etibarlılıq üzrə ən yüksək qiymət alan digər modellər sırasında “Honda Civic”, “Toyota Corolla” və “Honda Fit” də yer alıb. Ekspertlər bildiriblər ki, bu avtomobillər ciddi texniki nasazlıqlarla çox nadir hallarda üzləşir.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












