Ən qənaətcil dizel mühərriklərin siyahısı - Yanacağı “iyləyən” maşınlar

Son dövrlər avtomobil seçərkən qənaətcil olması əsas kriteriyalardan birinə çevrilib. Avropada dizel avtomobillər iri şəhərlərdə qadağan edildiyi üçün bu maşınlar hazırda Azərbaycana daşınır. Bakı küçələrində günü-gündən dizel ilə çalışan avtomobillərin sayı artır.
Avtosfer.az ölkə.az-a istinadən ən qənaətcil dizel maşınların siyahısını təqdim edir.

Opel Corsa 1.3 CDTi
Bu model 100 km məsafə üçün 3.2 litr dizel yanacağı sərf edir. Amma avtomobilə minən insan sayı da yanacaq sərfiyyatına təsir edir. Bundan başqa hava şəraiti, təkərlərdəki havanın təzyiqi və bir çox faktor da buan təsir edir.

Honda Civic 1.6 i-DTEC
Üslubu ilə əsasən gənclərin sevimlisinə çevrilən model həm də qənaətcildir. 100 km məsafə üçün 3.4 litr dizel yanacağı sərf edir.

Ford Focus HB 1.5 TDCi
100 km məsafə üçün 3.4 litr yanacaq sərf edir.

Peugeot 208 1.6 HDi
Dördüncü sırada Fransa istehsalıdır. 100 km məsafəyə 3.5 litr dizel yanacağı sərf edir.

Renault Clio 1.5 DCi
Siyahının beşincisi də Fransa istehsalıdır. Qarışıq dövrdə 100 km məsafəyə 4 litr yanacaq sərf edir.
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












