Ferrari ilk elektrikli avtomobilində fiziki düymələrə üstünlük verib - FOTO

Ferrari şirkəti ilk tam elektrikli modeli “Luce”nin salonunda sensor ekranlarla yanaşı, fiziki düymələrdən və fırlanan tənzimləyicilərdən də geniş istifadə edib.
Avtosfer.az xəbər verir ki, layihə “Apple”ın sabiq baş dizayneri Coni Ayvın “LoveFrom” studiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Ayvın fikrincə, sürücü avtomobili idarə edərkən funksiyalardan ekrana baxmadan istifadə edə bilməlidir. Fiziki düymələr bu baxımdan daha əlverişli hesab olunur və sürücünün diqqətini yoldan yayındırmamağa kömək edir.
Avtomobilin diqqətçəkən xüsusiyyətlərindən biri də şüşədən hazırlanmış açarıdır. Elektron mürəkkəb texnologiyası ilə təchiz edilən açarın rəngi avtomobilə yerləşdirildikdə dəyişir.
“Ferrari” rəhbərliyi yeni modelin dizaynının müzakirələrə səbəb olduğunu, lakin avtomobili canlı görənlərin reaksiyasının çox vaxt fərqli olduğunu bildirib.(lent.az)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?
















