“Ford” 100 mindən çox avtomobili geri çağırır

“Ford” ABŞ-da 103 mindən çox F-150 pikapını ox boltlarında yaranan nasazlıq səbəbindən geri çağırır. Avtosfer.az xəbər verir ki, bu boltlar qırıla və nəticədə avtomobilin hərəkət etməsi yaxud ötürücü gücünün itirilməsi baş verə bilər. Qeyd olunub ki, ox boltundakı problem, oxdan təkərlərə güc ötürən və onların fırlanmasına kömək edən komponentlərə zərər verə bilər. Bu isə, avtomobil əl əyləci qoşulmadan dayandığı halda onun özbaşına hərəkət etməsinə və ya ötürücü gücün itirilməsinə səbəb ola bilər ki, bu da qəza riskini artırır, – deyə ABŞ Avtomobil Təhlükəsizliyi İdarəsi bildirib. Məlumata görə, dilerlər arxa ox qovşaqlarını pulsuz olaraq dəyişdirəcəklər. Geri çağırma 2023–2025-ci illərdə istehsal olunmuş “Ford F-150” modellərinə aiddir. Güman edilir ki, bu qüsur təxminən avtomobillərin 1%-də mövcuddur.
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












