“Ford” şirkəti Avropadakı müəssisələrini bağlayacağını istisna etmir

“Ford Motors Co” avtomobil şirkəti Avropadakı fəaliyyətini yenidən qurduğu üçün həmin regiondakı müəssisələrində minlərlə iş yerini ixtisar etməyi nəzərdə tutur.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, işdən çıxacaq əməkdaşların konkret sayını açıqlamayan şirkətin Avropa işləri üzrə müdiri Stiven Armsronq müəssisələrin bağlanmasınadək hər cür ehtimalları nəzərdən keçirdiklərini bildirib.
“Ford” Avropadakı əməkdaşlarının könüllü istefaya getməsi ilə işçi qüvvəyə çəkilən xərcləri mümkün qədər azaltmaq niyyətindədir”, - şirkətin məlumatında deyilir.
“Ford” şirkətinin Avropada, xüsusən də Almaniya, Böyük Britaniya və İspaniyada 54 minədək işçisi olduğu bildirilir.
Bununla yanaşı, şirkət minivan istehsalını və Bordodakı avtomatik transmissiya istehsalını dayandırmağı, Rusiyada çalışmalarının islahatını başa çatdırmağı, Böyük Britaniya bölməsinin və “Ford Credit” maliyyə qurumunun ofislərini birləşdirməyi də nəzərdə tutur.
2018-ci ilin üçüncü rübündə Avropada 245 milyon ABŞ dolları həcmində zərərlə üzləşən “Ford” indi bu regionda 6 faizlik əməliyyat gəliri səviyyəsinə çatmağı hədəfləyir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












