"Ford" şirkəti öz tarixində ən çox avtomobili geri çağırır

"Ford" şirkəti "Takata" hava təhlükəsizlik yastıqlarının dəyişdirilməsi məqsədilə bütün dünyada 953 min avtomobilini geri çağıracağını bəyan edib. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, şirkətin bəyanatına görə, "Takata" hava təhlükəsizlik yastıqlarının qəza olmayan normal şəraitdə partlaması və üzərindəki metal hissələri bütün salona yayması ehtimalı var. Bu, sərnişinlərin və sürücünün ağır xəsarət alması, hətta ölümü ilə nəticələnə bilər. Əsas problem sürücünün yanında oturan sərnişinin istifadəsi üçün nəzərdə tutulan təhlükəsizlik yastığındadır. Bu yastıq nasaz inflyatorla təchiz olunub. "Takata" hava yastıqlarının şişirdilməsi üçün kimyəvi ammonium nitratdan istifadə edir, lakin bu maddə istinin və rütubətin təsirindən korlana və partlayışın qarşısını almaq üçün nəzərdə tutulan metal kanistri parçalayan güclü partlamaya səbəb ola bilər.
Geri çağırılan modellərə "Ford Edge" və "Lincoln MKX" (2010), "Ford Ranger" (2010-2011), "Ford Fusion" və "Lincoln MKZ" (2010-2012), "Mercurу Milan" (2010-2011) və "Ford Mustang" (2010-2014) daxildir. Şirkət bu avtomobilləri fevralın 18-dən başlayaraq geri çağıracaq. Onların 782 mini ABŞ ərazisindədir. Tədqiqatlara görə, müxtəlif modellərdə istifadə olunan bu cür inflyatorlar indiyədək 23 nəfərin ölümünə səbəb olub. Bununla yanaşı, "Ford"un təmsilçiləri qeyd ediblər ki, hazırda geri çağırılan avtomobillərlə bağlı onlara bədbəxt hadisə haqqında heç bir məlumat daxil olmayıb. Lakin potensial qəzaların qarşısını almaq üçün şirkət bu hissələri dəyişəcək.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












