Ford süni intellektə güvənib işdən çıxardığı işçiləri geri qaytardı

Süni intellekt vasitəsilə keyfiyyətə nəzarət proseslərini sürətləndirməyi hədəfləyən "Ford", avtomatlaşdırılmış sistemlərin gözlənilən nəticəni verməməsindən sonra yüzlərlə təcrübəli mühəndisi yenidən işə götürüb. Şirkət insan təcrübəsi ilə süni intellektin birgə tətbiqinin istehsal keyfiyyətini artırdığını bəyan edib.
Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, ABŞ-nin avtomobil istehsalçısı "Ford" süni intellekt dəstəkli avtomatlaşdırma sistemlərinin gözləntiləri doğrultmamasından sonra yüzlərlə təcrübəli mühəndisi yenidən işə cəlb etdiyini açıqlayıb.
Şirkət son üç ildə qurum daxilində "boz saqqallılar" adlandırılan 350-dən çox yüksək ixtisaslı (təcrübəli) mühəndisi yenidən heyətinə qatıb. Təcrübəli əməkdaşlar məhsullar istehsal xəttindən çıxmazdan əvvəl mümkün nasazlıqları aşkar edərək keyfiyyətə nəzarət proseslərində iştirak edir, bəziləri isə süni intellekt sistemlərinin təkmilləşdirilməsinə və öyrədilməsinə dəstək verir.
"Ford"un Baş Əməliyyat Direktoru (COO) Kumar Qalhotra şirkətin avtomatlaşdırılmış keyfiyyətə nəzarət sistemlərinə həddindən artıq güvəndiyini qeyd edərək: "İstədiyimiz nəticələri əldə edə bilmədik. Təcrübəli mütəxəssisləri geri qaytardıq və onlar problemləri hələ istehsal xəttinə çatmamış müəyyən etməyə başladılar", — deyə bildirib.
Təcrübəli mühəndislərin yenidən fəaliyyətə başlamasından sonra "Ford"un keyfiyyət göstəricilərində irəliləyiş müşahidə olunub. "J.D. Power" agentliyinin yeni avtomobillərin keyfiyyətini qiymətləndirən son "İlkin Keyfiyyət Araşdırması"nda (Initial Quality Study) şirkət kütləvi avtomobil brendləri arasında 16 ildən sonra ilk dəfə birinci pilləyə yüksəlib.
Buna baxmayaraq, "Ford" köhnə modellərindəki keyfiyyət problemləri səbəbindən ABŞ-da ən çox avtomobili geri çağıran istehsalçılardan biri olaraq qalmaqdadır. Şirkət rəhbərləri bu vəziyyətin insan amilindən yox, keçmişdəki avtomatlaşdırma qaynaqlı xətalardan irəli gəldiyini müdafiə edirlər.
"Ford"un Avtomobil Avadanlıqları Mühəndisliyi üzrə vitse-prezidenti Çarlz Pun isə süni intellektin güclü bir alət olduğunu, lakin təkbaşına kifayət etmədiyini vurğulayıb: "Süni intellektin uğuru onu öyrədən məlumatlardan asılıdır. Biz sadəcə sistemi işə salıb dizayn tələblərini yükləməklə yüksək keyfiyyətli məhsul əldə edə biləcəyimizi düşündük və səhv etdik".
Qeyd edək ki, "Ford" bundan sonrakı proseslərdə süni intellektdən insan təcrübəsi və nəzarəti ilə birlikdə istifadə etməyə davam edəcəyini bəyan edib.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












