"Ford"un daha bir modelində problem aşkarlandı: Şirkət 140 minə yaxın pikapı geri çağırır

"Ford" şirkəti naqillərlə bağlı mümkün problemlərə görə ABŞ-də təxminən 140 min "Ford Ranger" pikapını geri çağırır.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Məlumata görə, sözügedən avtomobillərdə günəşdən qoruyucu və ya salonun tavan örtüyündəki naqillərin zədələnmə ehtimalı var. Bu nasazlıq qısaqapanmaya, nəticədə isə yanğın təhlükəsinə səbəb ola bilər. Dilerlər müvafiq yerlərdəki naqilləri yoxlayacaq və ehtiyac olarsa, onları əvəzləyəcəklər.
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bəri "Ford"un bazar dəyəri (kapitallaşması) 2.6% azalaraq 51 milyard dollara düşüb. Şirkət bundan əvvəl də transmissiyanın idarəetmə modulundakı proqram təminatı ilə bağlı problemlərə görə ABŞ-də təxminən 1.4 milyon "F-150" markalı avtomobilini geri çağırmışdı.
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu












