Hər bir sürücünün mühərrik yağını yoxlama zamanı - ETDİYİ SƏHVLƏR

Adi mühərrik yağını yoxlayan zaman mühərrikə ziyan vurmaq olar. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, bu hərəkəti edən zaman buraxdığımız kobud səhvlər mühərrikə ciddi ziyan vurur. Bu gün oxuculara bu barədə məlumat verəcəyik.
Düzgün olmayan yer seçimi
Əgər siz həqiqətən də mühərrikdəki yağın vəziyyətini yoxlamaq istəyirsinizsə, bu iş üçün uyğun yer seçin. Bunun üçün hamar yerdə maşını saxlayın. Dikdə və çuxur olan yerdə saxlamayın. Maşın düz dayanmalıdır, əks halda nəticə düzgün sayılmayacaq.

Soyuq mühərrik
Bir çox hallarda bəzi sürücülər mühərrikdəki yağı səhər, soyuq mühərrikdə yoxlayırlar. Bu isə kobud səhvdir. Əslində maşının mühərriki “qızmalıdır” və bundan sonra mühərriki yoxlamaq olar. Təbii ki, istisna hallar da var. Əgər yağı yoxlayan şupda xüsusi “hot” (isti) və “cold” (soyuq) göstəriciləri varsa, soyuq mühərrikdə yoxlamaq problem olmaz.
Gözləmək
Digər geniş yayılan səhvlərdən biri də mühərriki söndürən kimi yağı yoxlamaqdır. Bu da kobud səhvdir. Bu prosedurda mühərriki söndürəndən sonra 10-15 dəiqəq yoxlamaq lazımdır. Çünki yağ karterə axıb qurtarmalıdır. Bu zaman real nəticə əldə etmək olar.
Birinci dəfədən
Şupu birinci dəfə çıxardıqdan sonra onu əski və ya salfetlə silərək yenidən mühərrikə salmaq lazımdır. Bir neçə saniyə gözlədikdən sonra şupu yenidən çıxarıb baxmaq lazımdır.
Hara baxmaq lazımdır?
Bir çox sürücü elə bilir ki, maksimum nöqtəsinə baxmaqla işi bitmiş hesab etmək olar. Əslində isə ideal göstərici minimumla maksimum göstəriciləri arasında olan səviyyədir.
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir










