Hər bir sürücünün mühərrik yağını yoxlama zamanı - ETDİYİ SƏHVLƏR

Adi mühərrik yağını yoxlayan zaman mühərrikə ziyan vurmaq olar. Avtosfer.az ölkə.az-a istinadən bildirir ki, bu hərəkəti edən zaman buraxdığımız kobud səhvlər mühərrikə ciddi ziyan vurur. Bu gün oxuculara bu barədə məlumat verəcəyik.
Düzgün olmayan yer seçimi
Əgər siz həqiqətən də mühərrikdəki yağın vəziyyətini yoxlamaq istəyirsinizsə, bu iş üçün uyğun yer seçin. Bunun üçün hamar yerdə maşını saxlayın. Dikdə və çuxur olan yerdə saxlamayın. Maşın düz dayanmalıdır, əks halda nəticə düzgün sayılmayacaq.
Soyuq mühərrik
Bir çox hallarda bəzi sürücülər mühərrikdəki yağı səhər, soyuq mühərrikdə yoxlayırlar. Bu isə kobud səhvdir. Əslində maşının mühərriki "qızmalıdır" və bundan sonra mühərriki yoxlamaq olar. Təbii ki, istisna hallar da var. Əgər yağı yoxlayan şupda xüsusi "hot" (isti) və "cold" (soyuq) göstəriciləri varsa, soyuq mühərrikdə yoxlamaq problem olmaz.
Gözləmək
Digər geniş yayılan səhvlərdən biri də mühərriki söndürən kimi yağı yoxlamaqdır. Bu da kobud səhvdir. Bu prosedurda mühərriki söndürəndən sonra 10-15 dəiqəq yoxlamaq lazımdır. Çünki yağ karterə axıb qurtarmalıdır. Bu zaman real nəticə əldə etmək olar.
Birinci dəfədən
Şupu birinci dəfə çıxardıqdan sonra onu əski və ya salfetlə silərək yenidən mühərrikə salmaq lazımdır. Bir neçə saniyə gözlədikdən sonra şupu yenidən çıxarıb baxmaq lazımdır.
Hara baxmaq lazımdır?
Bir çox sürücü elə bilir ki, maksimum nöqtəsinə baxmaqla işi bitmiş hesab etmək olar. Əslində isə ideal göstərici minimumla maksimum göstəriciləri arasında olan səviyyədir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












