Hərbçilər "Tesla"nın elektrik pikaplarını raketlərlə vurmağa başlayacaqlar

ABŞ hərbi qüvvələri "Tesla Cybertruck" elektrik pikapı üçün gözlənilməz bir istifadə sahəsi tapıblar. "Tesla"nın baş direktoru İlon Maskın ordu avtoparkının bir hissəsi olması arzusunun əksinə olaraq, iki "Cybertruck" Nyu-Meksikodakı Uayt-Sends raket poliqonunda yüksəkdəqiqlikli silahlar üçün hədəf kimi istifadə ediləcək.
Avtosfer.az bu barədə "Electrek" nəşrinə istinadla məlumat verir.
ABŞ Hərbi Hava Qüvvələrinin Sınaq Mərkəzi (AFTC) 33 hədəf avtomobilindən ibarət daha böyük sifariş çərçivəsində iki "Tesla Cybertruck" almağı planlaşdırır. Sənədlərə görə, "Tesla" pikapları siyahıda konkret marka və modeli göstərilən yeganə nəqliyyat vasitələridir.
Ekspertlər bu qərarı olduqca ironic adlandırıblar, çünki İlon Mask "Cybertruck"ı "güllə keçirməz", "apokalipsisdən sağ çıxa biləcək" avtomobil kimi aktiv şəkildə təbliğ edir və hətta Pentaqona onu hərbi ehtiyaclar üçün istifadə etməyi birbaşa təklif edib.
Lakin "Cybertrucks"ların alınmasının əsl səbəbi tamamilə fərqlidir. Sənədlərdə qeyd olunub ki, bu maşınlar adi zədələnməyə davam gətirdiyi üçün seçilib, ordunun məqsədi - belə dözümlü texnikalara qarşı effektiv zərbə imkanlarını yoxlamaqdır.
"Döyüş şəraitində düşmən tərəfindən istifadə olunan nəqliyyat vasitələrinin növü "Tesla Cybertruck"a keçə bilər, çünki onların əhəmiyyətli zərbə zamanı adi zədələr almadığı aşkar edilib".
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat










