"Hyundai" 51 mindən çox avtomobili geri çağırır - Qısaqapanma riski var

ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) çərşənbə günü yaydığı açıqlamada Hyundai Motor-un ABŞ üzrə 51 min 587 avtomobili geri çağırdığını bildirib. Avtosfer.az xəbər verir ki. açıqlamaya görə, lampaların işləməməsinə səbəb ola bilən kabel dəstinin səhv quraşdırılması qısaqapanma riskini artırır və bu vəziyyət avtomobildə yanğına səbəb ola biləcək təhlükəsizlik problemi yaradır. NHTSA, geri çağırma çərçivəsində təmir prosesi tamamlanana qədər avtomobil sahiblərinə mühüm xəbərdarlıq edib. Belə ki, yanğın riskini azaltmaq məqsədilə avtomobillərin qapalı məkanlarda deyil, açıq ərazidə və tikililərdən uzaqda park edilməsi tövsiyə olunur.
Pulsuz təmir
Açıqlamada qeyd olunub ki, geri çağırma çərçivəsində səlahiyyətli dilerlər qoşqu kabel dəstini pulsuz olaraq dəyişdirəcəklər. Təmir işlərinin avtomobil təhlükəsizliyinin təmin edilməsi məqsədilə ən qısa müddətdə həyata keçiriləcəyi vurğulanıb.
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












