"Hyundai" 69 mindən çox avtomobilini geri çağırır

Cənubi Koreyanın "Hyundai Motor" şirkəti ABŞ və Kanadada 69 060 ədəd üçcərgəli SUV avtomobili geri çağırır.
Avtosfer.az "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, buna səbəb ikinci və üçüncü sıra oturacaqların insan və ya əşya ilə təmas zamanı qatlanmasının qarşısını almalı olan sistemdə aşkarlanan nasazlıqdır.
Şirkət 2026-cı il istehsalı olan "Palisade" modelinin "Limited" və "Calligraphy" seriyaları üzrə geri çağırma ilə bağlı sənədi Yol Hərəkəti Təhlükəsizliyinin üzrə Milli İdarəsinə təqdim edib. Eyni zamanda, ABŞ-da bu modelin satışları dayandırılıb.
Məlumata görə, elektriklə tənzimlənən arxa oturacaqlarla bağlı sərnişinlərin sıxışdırılması halları qeydə alınıb. Bu hadisələrdən biri azyaşlı uşağın ölümü ilə nəticələnib.
Qeyd olunur ki, ötən ilin avqust ayının ortalarından bu il martın 9-dək şirkətə oturacaqlarla bağlı ümumilikdə 17 şikayət daxil olub. Dörd sərnişin yüngül xəsarət alıb.
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












