"Hyundai" bəzi avtomobillərini təcili geri çağırır - Ciddi təhlükə AŞKAR EDİLDİ

"Hyundai" şirkəti 2025-ci il "IONIQ 5" modelinin bəzi avtomobillərini arxa yan təhlükəsizlik yastıqları ilə bağlı potensial problemlərə görə geri çağırdığını elan edib.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Bildirilir ki, nasazlıq naqillərlə bağlıdır və qəza zamanı təhlükəsizlik yastığının açılmamasına səbəb ola bilər.
Problem 2025-ci ilin yanvarında yeni avtomobillərdən birinin yekun yoxlanışı zamanı təhlükəsizlik yastığı indikatorunun yanması ilə aşkar edilib. Elektrik naqillərinin təchizatçısı olan "Kyungshin America" müəyyən edib ki, bunun səbəbi konnektorda kontaktların kifayət qədər bərkidilməməsidir və bu, qəza zamanı siqnalın kəsilməsinə səbəb ola bilər.
Geri çağırılan bütün avtomobillər "Hyundai"nin Corciya ştatındakı zavodunda istehsal edilib.
Bu elektromobillərin sahibləri 7 aprel 2025-ci il tarixinədək poçt vasitəsilə bildiriş alacaqlar. Şirkətin dilerləri artıq yoxlamalara başlayıb və qüsuru aradan qaldırırlar.(oxu.az)
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
















