İrandan dəniz vasitəsilə heroin gətirən şəxslər tutulub - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində 185 qram narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına nail olunub.
DSX-dn Avtosfer.az-a verilən məlumata görə, 19 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində Xəzər dənizindən 30 metr aralı sahildə sərhəd naryadı tərəfindən içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması müşahidə olunub.
Avtomobildən bir nəfər düşərək əraziyə yaxınlaşıb və orada gizli saxlanc yerindən gizlədilmiş əşyanı götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib. Avtomobildə olan hər iki nəfər sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxlanılıb və baxış zamanı 185 qram “heroin” narkotik vasitəsi aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1963-cü il təvəllüdlü Dadaşov Allahverdi Fərman oğlu və 1974-cü il təvəllüdlü Bağırov Vüqar Mirzağa oğlu olması müəyyənləşdirilib.
Araşdırma zamanı A.Dadaşov əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunaraq cəza çəkməsini və narkotik vasitənin Xəzər dənizindən qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsini etiraf edib.
Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












