İlon Mask: "İyunda "Tesla"nın bu modeli özünü müştərilərə çatdıracaq" - FOTO

"Tesla" şirkəti artıq bir neçə gündür ABŞ-nin Texas ştatının Ostin şəhərində "Model Y" avtopilotlu (sürücüsüz) avtomobilləri sınaqdan keçirir və model iyun ayından etibarən özünü müstəqil şəkildə müştərilərə çatdıracaq.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə ABŞ-li iş adamı, "Tesla"nın rəhbəri İlon Mask "X" hesabında yazıb.
"Son bir neçə gündür "Tesla" Ostində ictimai küçələrdə heç bir insident yaşanmadan "Model Y" avtopilotlu avtomobillərini sınaqdan keçirir. Plandan bir ay qabaq. Gələn ay zavoddan müştəriyə ilk özünüçatdırılma olacaq", - deyə o, paylaşımda bildirib.
Qeyd edək ki, İlon Mask dəfələrlə avtopilot texnologiyasını "Tesla"nın inkişafı üçün növbəti əhəmiyyətli drayver adlandırıb, xüsusən də şirkət avtomobil satışlarında davamlı yavaşlama ilə üzləşdiyi bir vaxtda.

"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












