İşlənmiş "Tesla" alanın başına gələn əhvalat

Bu əhvalat xarici ölkələrin birində yaşayan şəxsin başına gəlib.
Avtosfer.az xəbər verir ki, əvvəlki sahibi Teslanı “valet rejimi”ndə satıb, yəni bəzi funksiyaları özündə saxlayıb. Elektromobilin birinci sahibi ilk günlərdən maşına müdaxilə etməyə başlayıb. O soyuq havada kondisioneri işə salıb, isti havada oturacaq qızdırıcılarını qoşub, yaxud gecə yarısı siqnal verib.
Lakin bu tərbiyəsizlik uzun çəkməyib. Maşını alan şəxs başına gələnləri Feysbukda ictimailəşdirdikdən sonra bir haker ona pulsuz yardım təklif edib.
Haker Teslanın birinci sahibinin bütün şəxsi məlumatlarını elə avtomobilin özü vasitəsi ilə ələ keçirib. Bundan sonra sürücü avtomobilin birinci sahibi ilə əlaqə yaradaraq belə davam edərsə şəxsi məlumatları ictimailəşdirəcəyini bildirib.
Təhdidin ciddiliyini anlayan Teslanın birinci sahibi avtomobilə müdaxilə etməyi dayandırıb.
Məşhur xalq məsəlində deyildiyi kimi, “dinsizin öhdəsindən imansız gələr”.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












