"Jeep" avtomobillərində kütləvi nasazlıq: 1.3 milyon maşın geri çağırılır

"Stellantis" avtomobil konserni yanğın riski səbəbindən qlobal miqyasda 1.3 milyondan çox "Jeep" avtomobilini geri çağırmaq qərarına gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, geri çağırılma "Jeep Wrangler" ofrouderləri və "Jeep Gladiator" pikaplarını əhatə edir. Qərara səbəb kimi elektrohidravlik sükan gücləndiricisinin naqillərindəki elektrik bağlantısında ehtimal olunan qüsur göstərilir.
Bu nasazlıq bəzi hallarda avtomobilin qızmasına və alışmasına səbəb ola bilər. Avtomobil istehsalçısı sürücülərə problemi həll edənədək maşınları binalardan və digər nəqliyyat vasitələrindən aralı park etməyi məsləhət görüb. Proses ABŞ-də 1.08 milyon, Kanadada 106 min, Meksikada 23 min, digər ölkələrdə isə təqribən 125 min nəqliyyat vasitəsinə şamil olunacaq.
"Reuters" vurğulayır ki, təmir prosesi zamanı naqillər və ya sükan gücləndiricisinin nasosu yoxlanılacaq, zərurət yaranarsa, dəyişdiriləcək.
"Stellantis" şirkəti yaranmış nasazlığın həlli yolunu iyul ayından gec olmayaraq təqdim etməyi nəzərdə tutur. Şirkətdən verilən məlumata əsasən, indiyədək sözügedən qüsurla əlaqədar cəmi bir xəsarət faktı barədə məlumat daxil olub.
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB












