"Lada" avtomobillərinin təhlükəsizlik yastıqlarında ciddi defekt aşkarlandı

Rusiya Milli Avtomobil İttifaqı "AvtoVAZ" şirkətindən "Takata" təhlükəsizlik yastığından imtina etməyi tələb edib.
Avtosfer.az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.
Belə ki, Rusiya Milli Avtomobil İttifaqı dünyada 35 avtomobil markasının ümumilikdə 67 milyon avtomobili "Takata" tərəfindən istehsal edilən və potensial təhlükə törədən yastıqlara görə geri çağırıldığını açıqlayıb.
Öz növbəsində, "AvtoVAZ" avtomobil şirkəti "Takata" tərəfindən istehsal edilən təhlükəsizlik yastıqlarının etibarsız olduğunu təsdiq edib.
"AvtoVAZ"ın Mətbuat Xidmətindən bildirilib ki, şirkət artıq aşağıkeyfiyyətli təhlükəsizlik yastıqları ilə bağlı problemi həll edib.
"Artıq "Kalina", "Priora" və "Granta" modellərinə quraşdırılmış "Takata" məhsulları ilə bağlı vəziyyət həllini tapıb, həmin kampaniya çərçivəsində 1 716 avtomobil geri çağırılıb", - deyə məlumatda qeyd olunub.(oxu.az)
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR












