"Lada"nın daha bir modelində sükan problemi üzə çıxdı - FOTO

Havaların soyuması ilə Lada Largus avtomobillərində yeni problem üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, problemlə qazaxıstanlı sürücülər üzləşiblər. Onlar avtomobilin sükan gücləndiricisinin pis işləməsindən şikayətçidirlər. Soyuq havada sükan çətin dönür, hərəkət zamanı isə “ilişir”.
Dilerlər problemi zavodun tövsiyəsi əsasında sistemə daha qatı yağ tökməklə həll etməyə çalışırlar. Hələlik, kütləvi geriçağırmaya lüzum görülmür. Problemə 10 min kilometrdən az yol qət etmiş avtomobillərdə rast gəlinir.
Qeyd edək ki, Avropadan gətirilmiş detallar qurtardıqdan sonra Avtovaz şirkəti 2022-ci ilin yayında Largusun istehsalını dayandırmışdı. İstehsalı 2024-cü ilin maytında, “dost ölkələrdən” komplektləşdiricilər gətirərək bərpa etmək mümkün olub.

Müstəqil ekspertlərin qənaətinə görə, yeni model VAZ avtomobillərində sükanın kilidlənməsi probleminə yerli proqram təminatı olan maşınlarda rast gəlinir. Bu da göstərir ki, “idxalın əvəzlənməsi” prosesi normal getmir.
Qeyd edək ki, sükan bloklanması məsələsinə görə Avtovaz avqustda kütləvi geriçağırma kampaniyası keçirib. Kampaniya çərçivəsində sükanın proqram təminatı dəyişdirilib. Kampaniya elektrikli sükan gücləndiricisi olan modellərə şamil edilib.
Vüqar
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












