“Lexus”un təkərlə birbaşa əlaqəsi olmayan sükanı - FOTO

19-cu əsrdə avtomobilin icad olunduğu ilk günlərdən şturval onun ayrılmaz tərkib hissəsinə çevrilib. Şturval həm də 130 ildən çoxdur avtomobil istehsalçılarına problem yaratmaqda davam edir.
Bu detal sükan çarxını sükan kolonu, o isə təkərlə əlaqələndirir. Beləliklə, avtomobilin dönmə mexanizmi formalaşır. Şturval vacib detal olsa da, qəza zamanı təhlükə mənbəyidir. 70-ci illərdə kardan mexanizmli şturvalların ortaya çıxması bu riski nisbnətən azaltsa da, onun tutduğu yeri azaltmadı.

Avtosfer.az xəbər verir ki, “Toyota” şirkəti yeni, təkərlə birbaşa əlaqəsi olmayan sükan hazırlayıb. “Lexus RZ” modellərində sükan, sükan kolonu və dartılar (danışıqda - tyaqa) saxlansa da, şturval yolxa çıxıb. İndi şturvalın funksiyasını xüsusi detektorlar icra edir. Sürücü sükan çarxını çevirdikdə müvafiq detektorlar siqnalı qəbul edərək sükan kononuna ötürür və avtomobil lazımi istiqamətə dönür. Sonradan avtomobilin sükanını düzləndirmək isə avtpomatik rejimdə həyata keçir.
Yeni “Steer-by-Wire” sistemində şturval olmadığı üçün sükan çarxını daha irəli çəkmək mümkün oldu. Bu da sürücü yerinin genişlənməsinə imkan verir. Həm də sükan çarxını hündürlüyü və dərinliyini daha böyük ölçüdə nizamlamaq mümkün olur.
Şturvalın yoxluğu həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. Bu detalın yoxluğu sürücü üçün təhlükəli detalların birinin azalması mənasına gəlir.
Vüqar
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR












