Lizinqlə avtomobil almaq sərfəlidirmi? - Mütəxəssis DANIŞDI

Müasir dövrdə şəxsi və ya korporativ nəqliyyat vasitəsinə sahib olmaq bir çox insanlar və şirkətlər üçün vacib ehtiyacdır. Avtomobil almağın əsas yollarından biri kredit, digəri isə lizinq vasitəsilə əldə etməkdir.
Bəs lizinqlə avtomobil almaq sərfəlidirmi?
Mövzu ilə bağlı fikirlərini bölüşən Eldəniz Cəfərov bildirdi ki, hüquqi şəxslər və şirkətlər üçün isə, adətən, avtomobilin lizinq yolu ilə əldə olunması daha sərfəli hesab olunur:
"Kredit də, lizinq də borc vermək və borc almaqla avtomobil əldə etmək üsulu olsa da, aralarında müəyyən fərqlər mövcuddur. Bu fərq ondan ibarətdir ki, əgər siz kreditlə avtomobil alırsınızsa, nəqliyyat vasitəsi birbaşa sizin adınıza rəsmiləşdirilir. Yəni, avtomobil sizə məxsus olur, sadəcə onun alınması üçün bankdan və ya kredit təşkilatından maliyyə dəstəyi alırsınız. Bu halda, avtomobilin texniki pasportunda alıcının yəni, sizin adınız qeyd olunur, lakin maşına bank tərəfindən girov qoyulur. Borc tam ödənildikdən sonra bu girov aradan qalxır".
Ekspert qeyd etdi ki, lizinqdə isə vəziyyət bir qədər fərqlidir:
"Lizinq zamanı siz avtomobili icarəyə götürmüş kimi sayılırsınız və bu müddət ərzində nəqliyyat vasitəsinin hüquqi sahibi lizinq şirkəti olaraq qalır. Müqavilə müddəti başa çatdıqdan və avtomobilin dəyəri tam ödənildikdən sonra nəqliyyat vasitəsi sizin adınıza keçirilə bilər. Bəzi hallarda lizinq müqaviləsi şərtlərinə əsasən, avtomobili vaxtından əvvəl almaq hüququ da verilə bilər, lakin bu da əlavə ödənişlərlə müşayiət oluna bilər. Ona görə də avtomobil almaq istəyənlər, xüsusilə fərdi şəxslər və şirkətlər, bu iki variant arasında seçim edərkən həm maliyyə imkanlarını, həm də gələcək planlarını diqqətlə nəzərə almalıdırlar".(konkret.az)
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO










