Maşın almaq istəyənlərin nəzərinə! - Vəziyyət dəyişir

Avtomobil bazarında elə bir vəziyyət yaranıb ki, satıcı çox, alıcı isə yox dərəcəsindədir. Sanki hamı nəfəsini dərib kənardan müşahidə etməyə üstünlük verir. Bazarda Çin maşınlarının həddindən çox olması və insanların bu avtomobillərin keyfiyyətinə hələ tam əmin olmaması ümumi alqı-satqı prosesini zəiflədib.
Avtosfer.az Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə avtoeskpert Razil Nağıyev deyib. Onun sözlərinə görə, bazardakı durğunluğun və ölkəyə gətirilən maşınların sayının azalmasının əsas səbəbi təklifin tələbi üstələməsidir. Bu prosesdə isə əsas rolu Çin markaları oynayır.
"Son dövrlərdə bazara çox sayda Çin istehsalı avtomobillər daxil olub. Bu markalar nisbətən münasib qiymət və zəngin komplektasiya ilə bazarda sürətlə pay qazanmağa başladı və nəticədə ümumi təklif ciddi şəkildə artdı. Lakin bu artım tələbin eyni tempdə yüksəlməsi ilə müşayiət olunmadı və bazarda balans pozuldu" - deyə o bildirib.
Razil Nağıyev qeyd edib ki, bəzi alıcılar hələ də yeni markalara şübhə ilə yanaşırlar. Onlar Çin avtomobillərinin uzunmüddətli etibarlılığı, ehtiyat hissələrinin tapılması və servis xidməti ilə bağlı tərəddüd edirlər. Bu qeyri-müəyyənlik isə insanları gözləmə mövqeyi tutmağa məcbur edir. Digər tərəfdən, bazarda rəqabətin kəskinləşməsi satış tempini zəiflədib, çünki seçim imkanı artsa da, müştəri sayı dəyişməz qalıb.
"Bu isə qərarvermə prosesini ləngidir və insanların daha çox gözləmə mövqeyi seçməsinə səbəb olur. Digər tərəfdən, bazarda Çin avtomobillərinin çoxalması digər markalar üçün də rəqabəti artırıb. Nəticədə ümumi satış tempi zəifləyib, çünki seçim çoxalıb, amma alıcı sayı eyni səviyyədə qalıb", - deyə o fikrini yekunlaşdırıb.
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












