Maşın bazarında ucuzlaşma olacaq - EKSPERT

Dünyanın bir çox yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə maraq yüksəkdir. Bəzən qiymətlərin qalxması və başqa səbəblər bazarda durğunluğa səbəb olur. Amma bu durğunluq uzun sürmür.
Bəs hazırda avtomobil bazarında vəziyyət necədir?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan istisadçı ekspert Vüqar Bayramov deyib ki, hazırda avomobil bazarında canlanma yoxdur, yanvar ayından başlanan durğunluq davam edir: “Amma qiymətlərin sabitləşməsi müşahidə olunur. Öncədən proqramlaşdırmışdıq ki, ölkəyə idxal olunan avtomobillərə tətbiq edilən aksiz vergisi qiymətlərin artmasına gətirib çıxaracaq. Bu baş verdi, amma tələb aşağı olduğu üçün, xüsusilə fevraldan etibarən müşahidə edilən durğunluq nəticə etibarı ilə qiymətlərin müəyyən stabilləşməsinə səbəb oldu. Qiymətlər stabilləşsə də, tələb aşağıdır, bu da durğunluğun davam etməsinə gətirib çıxarır. Qiymət artımlarından sonra biz müşahidə etdik ki, avtomobil satanların sayı artdı, alanların sayı isə azaldı. Avtomobillərə tətbiq edilən aksiz vergisinin artmasından sonra ölkəyə idxal olunan avtomobillərin sayında da azalma qeydə alındı. Hələlik avtomobil bazarında canlanma gözlənilmir. Güman olunur ki, növbəti aylarda qiymət artımı qeydə alınmayacaq, əgər durğunluq davam edərsə, bu, qiymətlərin müəyyən qədər azalmasına səbəb ola bilər”.
Ekspert bildirib ki, Azərbaycanın istehsal etdiyi avtomobillər hələlik daha çox dövlət sifarişi əsasında istifadə edilir: “Bazarda yerli istehsal avtomobilləri olsa da, sayı çox deyil. Hələlik yerli istehsah bazara təsirini göstərmir, bəlkə yerli istehsal gələcəkdə bu vəziyyəti dəyişə bilər. Həmin avtomobillərə olan inamın formalaşması çox vacibdir. İnam yaranarsa, yerli istehsal gələcəkdə bazarda müəyyən paya sahib ola bilər. Hazırda isə bazarda olan vəziyyətə ciddi təsir göstərə bilmir”.
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?










