Məhkəmə qətldə təqsirləndirilən qadının cəzasını azaldıb

Sumqayıt Apellyasiya Məhkəməsində adam öldürməkdə təqsirləndirilən sevgililərin - Eşqin Rəsulov və Ramella Əlmuradovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, R.Əlmuradovanın apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, R.Əlmuradovanın 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası 16 ilə endirilib.
Qeyd edək ki, qətl 2017-ci ilin noyabrında Quba rayonu Alpan kəndində baş verib. E.Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi yaşadığı R.Əlmuradovanın evinə çağırıb. Onlar birlikdə spirtli içki qəbul ediblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı A.Balayev E.Rəsulovu təhqir edib. Bu zaman E.Rəsulov A.Balayevi yerə yıxaraq yumruq-təpik zərbələri vurmağa başlayıb.
Ciddi müqavimət görən E.Rəsulov R.Əlmuradovadan dostunun əl-qolunu bağlamaq üçün ip istəyib. Qadın da ipi gətirərək A.Balayevin əl-qolunu bağlayıb. O, köməksiz vəziyyətdə qalan A.Balayevi yumruq-təpik zərbələri vuraraq qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Rəsulov 18 il, R.Əlmuradova isə 17 il müddətinə azadlıqdan məhrum olunublar. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?










