"Mercedes" 18 yeni avtomobil istehsal edəcək

Alman avtomobil istehsalçısı "Mercedes-Benz" 2027-ci ilin sonuna qədər 18 yeni avtomobil modeli təqdim etməyi planlaşdırır.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Ola Kallenius “Motorious”a açıqlamasında təsdiqləyib.
Onun sözlərinə görə, bu, şirkətin satışlarda rəqibi BMW ilə fərqi azaltmaq məqsədi daşıyan genişmiqyaslı məhsul kampaniyasının bir hissəsidir.
Kallenius qarşıdakı istehsal mərhələsini “şirkət tarixində, yəqin ki, ən böyük dövr” adlandıraraq, elektromobillər ilə daxili yanma mühərrikli avtomobillər arasında balans yaratmaq və qlobal rəqabət qabiliyyətini qorumaq strategiyasından danışıb.
Hazırda BMW lüks seqmentdə satış lideridir - 2025-ci ilin ilk rübündə 178 499 avtomobil sataraq, "Mercedes"in 142 min ədədlik nəticəsini üstələyib.
Buna cavab olaraq "Mercedes-Benz" məhsul çeşidini həm elektrik, həm də daxili yanma mühərrikli modellərlə genişləndirir.
- Yüksək lüks seqmentdə 6 yeni elektromobil və 6 yeni daxili yanma mühərrikli model,
- Orta seqmentdə (“core”) 2 daxili yanma mühərrikli avtomobil və 1 elektromobil,
- Başlanğıc səviyyəsində isə əsasən benzinlə işləyəcək 4 yeni model təqdim ediləcək.
Gözlənilən yeniliklər arasında tam elektrikli GLC SUV, yenilənmiş C-Class və AMG performance seriyasının yeni nəsli yer alır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












