"Mercedes-Benz" çətin günlər yaşayır

"Mercedes-Benz"in xalis mənfəəti iki dəfə azalıb.
Avtosfer.az xəbər verir ki, Almaniyanın avtomobil nəhəngi "Mercedes-Benz" 2025-ci ilin ilk yarısında 2,7 milyard avro xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz azalma deməkdir.
Almaniyanın Handelsblatt nəşri yazıb ki, şirkətin ümumi gəliri də təxminən 9 faiz azalaraq 66,4 milyard avroya düşüb. Gəlirlərin kəskin azalmasına zəif satışlar, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yüksək idxal rüsumları və ümumi dəyəri 715 milyon avro olan əlavə xərclər səbəb olub. Bu xərclərə "Next Level Performance" qənaət proqramı çərçivəsində verilən təzminatlar da daxildir.
Qeyd edək ki, bir müddət əvvəl Mercedes-Benz təhlükəsizlik yastıqlarındakı problemə görə 223 min Viano və Vito model avtomobili geri çağıracağını açıqlamışdı. Geri çağırma 2002-ci ilin dekabrı ilə 2006-cı ilin fevralı arasında istehsal olunan modelləri əhatə edir.(milli.az)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












