“Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü - FOTO

Almaniyada keçirilən hərracda “Mercedes”in əfsanəvi Formula-1 bolidi indiyə qədər satılan ən bahalı Qran Pri avtomobili rekordunu iki dəfə artıraraq tarixə düşüb.
Avtosfer.az xəbər verir ki, Ştutqartda keçirilən hərracda bu tarixi avtomobil 52,92 milyon avroya satılıb. Bununla da o, indiyə qədər satılmış ən bahalı Qran Pri avtomobili olub.
Cəmi dörd nüxsəsi istehsal edilən bu model avtoidman tarixinin ən məşhur yarış avtomobillərindən biri hesab olunur. Onun beşqat Formula-1 çempionu Xuan Manuel Fanxio və britaniyalı əfsanəvi pilot Ser Stirlinq Moss tərəfindən idarə edilməsi avtomobilin dəyərini daha da artırır.
Təxminən 300 km/saat sürətə çata bilən bu bolid "Gümüş Oxlar" ləqəbi ilə tanınıb. O, ilk qələbəsini 1955-ci ildə Buenos-Ayres Qran Prisində açıq təkərli, siqar formalı dizaynı ilə qazanıb.
Ən bahalı Qran Pri avtomobili üzrə əvvəlki rekord Fanxionun idarə etdiyi 1954-cü il istehsalı “Mercedes W196” modelinə məxsus idi. Həmin avtomobil 2013-cü ildə İngiltərədə keçirilən hərracda 29,6 milyon dollara satılıb.
Satışdan sonra IMS kuratoru Ceyson Vansikl bildirib ki: "Bu, möhtəşəm və son dərəcə tarixi bir avtomobildir. Lakin o, bizim kolleksiyamızdan bir qədər kənardadır. Demək olar ki, 60 ildən çoxdur bu avtomobil bizdə idi və muzeyimiz üçün böyük dəyər daşıyırdı".

Bununla belə, bu satış indiyə qədər satılmış ən bahalı idman avtomobili rekorduna çatışmır. İdman avtomobili kateqoriyasında rekord 2022-ci ilin mayında 140 milyon dollara satılan “Mercedes 300SLR Uhlenhaut Coupe” modelinə məxsusdur.
Eltac Zülfüqaroğlu
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












