Mexaniki sürətlər qutusunun beyin üçün faydası – TƏDQİQAT

Yaponiyanın Tohoku Universitetinin alimləri mexaniki sürət qutusunun insan beyni üçün faydalı xüsusiyyətini aşkar ediblər. Avtosfer.az xəbər verir ki, yaponiyalı alimlər bu tip sürət qutusuna köhnənin qalığı kimi yanaşmırlar. Onların fikrincə, “mexanika” beyin üçün əsl məşqdir. Mexaniki ötürməli nəqliyyat vasitəsini idarə edən sürücünün beyninin ön hissəsi daim aktiv olur.
Çünki hərəkət zamanı sürücü:
-
Mufta, əyləc (tormoz) və qaz pedalları ilə daim işləyir;
-
Ötürməni dəyişir, mühərrikin dövrlər sayına nəzarət edir;
-
Yolu izləyir, manevrləri planlaşdırır.
Bunlar adi bir proses kimi görünə bilər, lakin sözügedən əməliyyatların icrası üçün beyin daim aktiv olmalıdır.
Alimlər avtomobil idarəetməsinin ifrat dərəcədə asanlaşmasının da risk yaratdığı qənaətindədirlər. Zəngin interfeys və elektron köməkçilər sürücünün rolunu minimuma endirir. Sürücü idarəçidən müşahidəçiyə çevrilir və beynin iş sürəti azalır. Bu isə qavrama qabiliyyətinin kütləşməsinə səbəb olur. Bunun əksinə olaraq, mexaniki ötürmə beyni daim aktiv saxlayaraq demensiya riskini minimuma endirir.
P.S. Bu tədqiqat mexaniki ötürməli avtomobillə yer yazan, toy karvanında avtoxuliqanlıq edən və maşını iki təkər üstünə qaldıranlara aid edilmir.
Vüqar
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












