Mühərriki işə saldıqdan sonra indikatoru çevirməyin təhlükəli olduğunu bilirdinizmi?

Biz maşına minməzdən əvvəl maşının pəncərələrini açmadıqda nə baş verir? Siz hətta maşınınızı kölgədə saxlasanız belə maşının salonunda 400-800 mq benzol toplanır. Əgər siz maşınınızı günəş şüalarının altında və ya 16*- dən yüksək temperatur olan yerdə saxlamısınızsa bu zaman benzolun miqdarı 40 dəfə artaraq 2000-4000 mq-a çatır. Avtomobilə oturarkən onun pəncərələri bağlı olarsa, maşına minən insan benzollu hava ilə nəfəs alır. Bu zaman toksinlər böyrəkləri, qaraciyəri və beyin toxumasını zəhərləyir.
Avtosfer.az immunitet.az-a istinadən bildirir ki, qısa müddət ərzində benzollu hava ilə nəfəs aldıqdan sonra isə orqanizmin təmizlənməsi üçün uzun müddət zaman və güc lazım olur. Avtomobil idarə edənlərə maşına oturan zaman kondisioneri işə salmaq və ya pəncərələri açmaq tövsiyə edilir. Bu zaman maşının salonuna toplanmış benzol havaya qarışır və içərinin havası təmizlənir.
İzahat: Kondisioner salonun havasını soyudaraq toplanmış benzolu xaricə buraxır və salonun havası təmizlənir. Maşının pəncərələrini bir-neçə dəqiqə açıq saxlayaraq benzolun havalanmasına da nail olmaq mümkündür. Benzol havasından qurtarmağın ən yaxşı yolu isə maşının pəncərələrini açıb havalandırdıqdan sonra kondisioneri işə salmaqdır. Mütəxəssislər bütün maşın sahiblərini bu qaydaya vərdiş etməyə çağırır. Bu zaman siz orqanizminizi toksinlərdən xilas edə bilərsiniz. Əks halda isə bir çox araşdırmalar benzol toksinlərinin faciəvi fəsdadlara səbəb olduğunu sübut edib.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










