Mütəxəssislərdən yenilik: Yanacaq sərfiyyatını bu üsulla azalda bilərsiniz – ARAŞDIRMA - FOTO

Benzin və dizel qiymətlərinin durmadan artdığı bir vaxtda sürücülərin diqqətinə maraqlı, lakin effektiv bir tövsiyə təqdim edilib. Böyük Britaniyada fəaliyyət göstərən avtomobil platforması “ChooseMyCar.com”un ekspertləri yanacaq sərfiyyatını azaltmaq üçün sürpriz metodla çıxış ediblər: avtomobilin sərnişin oturacağına içi su ilə dolu bir qab qoymaq.
Avtosfer.az xəbər verir ki, bu üsul sürücünün qəfil sürətlənmə və ya kəskin əyləc vərdişlərini azaltmaqla yanacağa qənaət etməyə imkan yaradır.
Mütəxəssislər bildirirlər ki, sərnişin oturacağına açıq su qabı qoymaq lazımsız sürətlənmə və qəfil əyləc hallarının qarşısını almaq üçün çox sadə, amma təsirli üsuldur:
“Bu, aqressiv sürücülüyə qarşı bir növ xəbərdarlıq sistemidir. Su daşırsa, demək ki, siz yanacağı da israf edirsiniz".

Tövsiyə olunan üsula görə, kiçik bir qabın içini təxminən 2-3 santimetr su ilə doldurub avtomobilin sərnişin oturacağına yerləşdirmək kifayətdir. Əgər sürücü qəfil hərəkət edərsə, suyun daşması onun davranışını tənzimləməsinə səbəb ola bilər.
Mütəxəssislər əlavə edirlər ki, sakit və sabit sürüş tərzi yalnız su qabını deyil, yanacaq sərfiyyatını da "yerində saxlamağa" kömək edir.
Eltac Zülfüqaroğlu
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












