Nadir "Ferrari Enzo" altı milyon dollara satışa çıxarılır - FOTO

"RM Sotheby's" hərrac evi nadir "Ferrari Enzo" modelini satışa çıxarmağa hazırlaşır.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, avtomobilin yürüşü 19 min km-dən çox olsa da, onun üçün 4.9-5.3 milyon avro (təxminən altı milyon dollar) əldə olunacağı gözlənilir.
Bildirilir ki, bu avtomobil ban yeri xüsusi "Argento Nurburgring" rəngində olan cəmi doqquz "Enzo" modelindən biridir. Üstəlik, yalnız beş belə avtomobildə gümüşü kuzov qırmızı dəri salonla birləşdirilib.
Avtomobil 2004-cü ildən sonra 15 il ərzində britaniyalı kolleksiyaçıya məxsus olub, daha sonra İsveçrədə saxlanılıb və hazırda yenidən Böyük Britaniyaya qaytarılıb.
Qeyd olunur ki, yüksək yürüşə baxmayaraq, avtomobil əla vəziyyətdədir və "Ferrari Classiche" orijinallıq sertifikatına malikdir. 660 at gücündə altılitrlik mühərriklə təchiz olunan model 0-dan 100 km/saatadək təxminən 3.65 saniyəyə sürətlənə bilir.
Bununla belə, bu "Ferrari Enzo" üçün ən yüksək qiymət deyil. Cari ilin əvvəlində cəmi 1 000 km-dən bir qədər artıq yürüşü olan analoji model ABŞ-də 17.8 milyon dollara satılıb.
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR












