Ölkəyə elektromobil idxalı niyə kəskin azalıb? - VİDEO

Azərbaycana elektriklə işləyən avtomobillərin gətirilməsi azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında ölkəyə 1 250 elektromobil idxal edildiyi halda, 2025-ci ilin eyni dövründə bu göstərici 39 faizə yaxın azalaraq 767-yə enib.
Maraqlıdır ki, qiymətin enməsi də idxalın azalmasına əngəl törətməyib. Belə ki, 2024-cü ilin yanvar-may aylarında bir avtomobilin orta idxal gömrük dəyəri 42 800 ABŞ dolları olduğu halda, 2025-ci ilin eyni dövründə bu göstərici 21.3 faiz azalaraq 33 588 dollar təşkil edib.
Bildirək ki, belə nəqliyyat vasitələrinin ölkəyə idxalı əlavə dəyər vergisindən, yaşı 3 ilədək olanlar isə həm də gömrük rüsumundan azaddır, həmçinin bu maşınların daxiliyanma mühərriki olmadığından onların idxalına aksiz vergisi tətbiq edilmir.
Bundan başqa, elektromobillərin ölkədə satışı da əlavə dəyər vergisindən azaddır.
Bəs bütün bu müsbət amilləri nəzərə aldıqda, ölkəyə elektromobil idxalı niyə kəskin azalıb?
Ətraflı Baku TV-nin süjetində:
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












