Pərdə olar, plyonka olmaz? - Hər ikisi görüntünü məhdudlaşdırır, amma birinə cərimə var - VİDEO

May ayının 1-dən etibarən əksər sürücülər avtomobillərinin arxa şüşələrində pərdə və jalüzlərdən istifadəyə başlayıb.
Avtosfer.az-ın məlumatına görə, qaydalara əsasən, arxa yan şüşədə pərdə və jalüzlərə icazə verilsə də, plyonkaların istifadəsi qadağandır. Lakin sürücülər pərdə ilə plyonka arasında bir fərq olmadığını düşünürlər.
Millət vəkili Çingiz Qənizadə də bu qaydanın anlaşılmaz və lazımsız olduğunu deyir.
Sosial şəbəkələrdə isə arxa yan və qabaq yan şüşələrə plyonkaların istifadəsinə icazə verildiyi barəsində məlumatlar yayılır. Elə bu işlə məşğul olan şəxslər də son zamanlar arxa və qabaq yan şüşələrdə plyonkadan istifadə edən sürücülərin artdığını deyirlər.
Millət vəkili Çingiz Qənizadə isə avtomobilin qabaq yan şüşələrində pərdə və plyonkadan istifadənin yolverilməz olduğunu deyir. Bunu edən şəxslər qanunvericiliyin tələblərinə uyğun şəkildə 150 manat məbləğində cərimələnirlər.
Çingiz Qənizadə hesab edir ki, avtomobillərdə pərdə və jalüzlərin istifadəsinin mövsümi olaraq həyata keçirilməsi məsələsi də birdəfəlik aradan qaldırılmalıdır.
Millət vəkilinin sözlərinə görə, ölkəmizin tərəfdaş olduğu beynəlxalq qaydalarda da bu, öz əksini tapıb.
Avtosfer.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı












