Qarlı havada elektromobili necə tormozlamalı?

Məlumdur ki, elektromobilin idarəetməsi avtomobildən fərqlidir. Elektrik mühərrikinin böyük faydalı iş əmsalı sayəsində elektromobil daha tez sürət yığır. Çevik texnikanı tormozlamağa da daha böyük enerji tələb olunur.
Avtosfer.az istinadla xəbər verir ki, elektromobil həm də kütlə etibarı ilə ənənəvi maşınlardan ağır olur. Fizika qanunlarına görə kütlə böyük olduğundan tormoz yolu da artır.
İstehsalçılar bu amili də nəzərə alıblar. Bunun üçün avtomobili QAR və ya PİS YOL TUTUMU rejiminə keçirmək zəruridir. Bu zaman maşında hər şey dəyişir: pedalların reaksiyası azalır, tormozlama yumşalır. Bəzi modellərdə rekuperasiya sistemi də dəyişir.
Bunlar hamısı hərəkət zamanı elektromobilin tarazlığını qorumaq üçündür. Lakin proqram təminatı heç də sürücünün peşəkarlığını əvəz etmir. Sürüşmə halında sükanı sürüşən istiqamətə fırladaraq maşını düz yola yönləndirmək mümkündür. Ən əsası isə, təhlükəsiz dayanmaq üçün ara məsafəsi mütləqdir. Elektromobilin ağır olduğunu nəzərə alaraq, onun ara məsafəsi daha böyük olmalıdır. Heç bir proqram təminatı, heç bir peşəkarlıq fizika qanunlarının fövqündə dayanmağa imkan vermir.
Vüqar
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












