“Renault” avtomobil şirkəti FKA ilə birləşməkdə maraqlıdır

Fransanın “Renault” avtomobil şirkəti İtalyan-Amerikan avtomobil şirkəti olan FCA ilə birgə fəaliyyət göstərməkdə maraqlı olduğunu açıqlayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Renault”un rəhbərliyi FCA-nın təklifini nəzərdən keçirəcəyini bildirib. Fransa hökuməti “Renault” və FCA arasında mümkün birləşmə üçün əlavə zəmanətin verilməsini tələb edib. Bu barədə Fransa maliyyə nazirinin mətbuat katibi Brüno Le Mer bazar ertəsi “Bloomberg”ə müsahibəsində bildirib. B. Le Mer həftəsonu birləşməni müzakirə etmək üçün FCA prezidenti Con Elkann ilə görüşüb. Məlumat verilir ki, nazir Fransada iş yerlərinin azalmayacağına və bununla yanaş, Fransa hökumətinin yeni şirkətin departamentində yer alacağına dair təminatın verilməsini tələb edib. Bildirilir ki, belə olacağı halda “Renault”un səhmlərinin 15 faizinə sahiblənən Fransa hökuməti, birləşmiş şirkətin 7,5 faizinə də sahib olacaq. “Renault”un hazırkı tərəfdaşı olan “Nissan” şirkətinin baş direktoru Hiroto Saykava birləşmənin rəhbəri olduğu şirkəti ilə “Renault” arasında mövcud əlaqənin əsaslı şəkildə yenidən nəzərdən keçirilməsini tələb edəcəyini söyləyib.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










