Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR

AN-2 təyyarələrini əvəz edəcək vasitə hazırlamaq üçün 30 illik uğursuz cəhdlərdən sonra Rusiya hökuməti köhnə modelin istehsalını bərpa etmək qərarına gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Yuri Truntsev məlumat verib: “biz 80 il AN-2 ilə uçmuşuq və bu gün də kişi kimi ona qayıdacağıq. Əgər tanınmış aviakonstruktorlarımız AN-2-dən başqa heç nə təklif edə bilmirlərsə, deməli AN-2 ilə uçacağıq”.
Baş nazirin müavini Vladivastok forumunda bildirib ki, aviasiya zavodları 2027-ci ildən təyyarəni köhnə, 2028-ci ildən isə yeni mühərriklə istehsal etməyə hazırdır.
Müstəqil ekspertlər isə 80 il əvvəl istehsalına başlanmış biplanın yenidən konveyerə qaytarılacağına şübhə ilə yanaşırlar. Onu əvəzləyəcək “Baykal” üzərində isə iş faktiki olaraq dayanıb.
Bəs köhnə və yeni mühərriklər nədir?
AN-2-nin orijinal mühərriki AŞ-62 ötən əsrin 30-cu illərində layihələndirilib (dərinliyinə getsək, 20-ci ilərin ABŞ mühərrikinin təkmilləşmiş formasıdır). Doqquzsilindrli karbüratorlu mühərrik SSRİ-də 50 ildən çox istehsal edilib, yüksək benzin sərfiyyatı ilə seçilir.
AŞ-62-ni əvəzləyəcək VK-800-ün gücü az olsa da, kerosinlə işləyir. 2008-ci ildə layihələndirilmiş mühərrikin sınaqlarının gələn il başa çatması gözlənilir. Orijinal mühərrik 1000 at gücü hasil etdiyi halda, VK adından göründüyü kimi 800 at gücü hasil edir.
Vüqar Yaşaroğlu
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?















