Rusiyada “Mercedes” istehsal olunacaq

Rusiyada “Mercedes” avtomobillərinin istehsalına başlanır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Almaniyanın “Daimler” konserninin “Mercedes” avtomobilləri yığacaq zavodu bu gün Moskva vilayətində açılıb. Zavodun açılış mərasimində Prezident Vladimir Putin və Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer iştirak ediblər. İllik istehsal gücü 25 min avtomobil olan zavod premium sinif “Mercedes-Benz” avtomobilləri istehsal edəcək. Müəssisənin təməli 2017-ci ildə Solneçnoqorskdakı keçmiş hərbi şəhərciyin ərazisində qoyulub. Layihəyə ümumilikdə 16 milyard rubl (250 milyon avrodan çox) investisiya yatırılıb. İlk olaraq konveyrdən “E-sinif” sedan avtomobilləri çıxacaq. Gələcəkdə GLE, GLC və GLS yolsuzluq avtomobillərinin də istehsalı nəzərdə tutulub.
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya












