Servislərin uzaq qaçdığı Çin avtomobilləri

ƏRusiyalı istehlakçılar Çin avtomobillərini bizdən daha yaxşı tanıyırlar ki, bu da səbəbsiz deyil.
Avtosfer.az xəbər verir ki, Ukrayna müharibəsi başladıqdan sonra avropalı avtomobil istehlakçıları ölkəni tərk etdilər. “Müqəddəs yer boş qalmır”, və ya “təbiət boşluqdan qorxur” prinsipi ilə onların yerini çinlilər aldı.
İlk vaxtlar hər şey yolunda gedirdi: hələ ki havalar mülayimdir, Çin avtomobilləri münasib qiymətə satılır, təzədir, çətinlik yoxdur. Qış yaxınlaşdıqda vəziyyət dəyişdi. Biz çox avtomobil soyuğa dözmədi. Bunlar öz yerində.
Rusiyalı ustalar bir məsələnin də şahidi oldular. Çin maşınalrının detalları üçün kataloq yoxdur, ehtiyat hissələrin tapılması ciddi problemdir. Söhbət yağ və ya tormoz qəliblərinin dəyişilməsindən getmir. Bu işi bir çox sürücü özü görə bilir. Ən böyük dərd kuzov işidir. Rus ustalar təcrübə əsnasında öyrəndilər ki, Çin maşınını təmir etmək köhnə “Opel”, “Mercedes” və ya “Fiat” təmirindən daha çətindir. Səbəblər də aydındır.
Avropa modellərinin təmiri üçün müxtəlif dillərdə təlimatlar mövcuddur. Üstəgəl, internetdə bu barədə saysız-hesabsız video var. Çin maşınlarının isə heç bir təlimat və kataloqu yoxdur.
Digər tərəfdən, metal çox nazik olduğundan zədələnmə zamanı lazımi formanı vermək mümkün olmur. Yüngül qəza keçirən avtomobildə bütöv hissəni dəyişmək lazım gəlir. Elə bu yerdə, xalq dili ilə desək, Kərəmi ağlamaq tutur.
Avtomobil sahibi maşını servisdə qoyaraq detal sifarişi dalınca gedir. Sifariş ən yaxşı halda 1 aya icra olunur. Həmin müddətdə isə maşın servisdə qalaraq yer tutur. Bu da servis sahibinə sərf etmir. Süni say çoxluğu vergi və digər orqanların da diqqətini cəlb edir. Bəzən də yer olmadığı üçün təmirə gələn müştəridən imtina edilir.
Bu səbəbdən Rusiyada servislər ciddi təmirə ehtiyac duyan Çin maşınlarına maraq gösstərmir.
Statistika onu da göstərir ki, sanksiyalara rəğmən ruslar köhnə “Mercedes”, “Toyota” və ya “Hyundai”a daha çox maraq göstərirlər.
Vüqar
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












