Son 3 gündə sığorta hadisələrinin SAYI MƏLUM OLDU - 1 mln. manatadək ziyan dəyib

Bu il fevralın 21-dən etibarən ölkə ərazisində qeydə alınan qarlı hava şəraiti nəticəsində qeydə alınan sığorta hadisələrinin sayı məlum olub.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) APA-ya bildirilib ki, fevral ayının 24-nə olan məlumata görə, 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 1496 müraciət daxil olub. Bu müraciətlərin 1257-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 235-i “Kasko” sığorta növü, 4-ü isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub. Sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb.
ASA-dan qeyd edilib ki, sığorta şirkətlərinin verdiyi məlumata görə, 1496 hadisədən 1010 hadisə üzrə ehtimal olunan zərər məbləği 652 min manat müəyyən olunub, 486 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi aparılır.
"Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur" - Assosiasiyadan əlavə edilib.
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır










