Sürücü 3 manata ehtiyat hissəsi aldı, 1500 manat ziyana düşdü - VİDEO

Elə detallar var ki, onun keyfiyyətlisi ilə uzcuzu arasında 3-5 manat fərq var. Amma yenə də sürücülər ucuzunu almağa üstünlük verirlər. Avtomobil ustaları isə sürücülərə ehtiyat hissələri alarkən diqqətli olmağa çağırır. Avtosfer.az-ın məlumatına görə, keyfiyyətsiz ehtiyat hissəsi alan sürücü əlavə xərcə düşüb. 3 manata alınan mühərrikin yağ süzgəci sürücünü ziyana salıb. Sürücü isə mühərrikin sırf bu səbəbdən sıradan çıxmasını çox gec öyrənib. Ustalar isə keyfiyyətli məhsulla ucuzu arasında elə də qiymət fərqi olmadığını, lakin ziyanının daha çox olduğunu deyır.
Avtomobil ustası Sahil Ağabəylinin fikrincə, elə ehtiyat hissələri var ki, onları mütləq keyfiyyətlisi ilə əvəz etmək lazımdır. Çünki bəzi hallarda keyfiyyətsiz detal qaçılmaz qəzaya səbəb ola bilər.
Usta həmçinin deyir ki, sürücülərin ehtiyat hissələrinin keyfiyyətlisini seçməsi çox çətindir. Çünki bazarda olan saxta malların əksəriyyəti orijinaldan seçilmir. Ona görə də hər hansı detal alarkən ustayla məsləhətləşmək tövsiyə olunur.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












