Sürücü işləmək istəyənlərə vacib xəbər – Ancaq bu kateqoriya üçün

Bakı şəhərinin ictimai nəqliyyatının təkmilləşdirilməsi ilə əlaqədar görülən zəruri tədbirlər çərçivəsində şəhərimizə gətiriləcək yeni 18 metrlik avtobuslarla sərnişinlərə xidmətin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir. BNA-nın mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair ödənişli nəzəri və praktiki təlimlər həyata keçiriləcək.
Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər işlə təmin olunacaq.
Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:
1. Məhkumluğun olmaması haqqında arayış (ASAN Xidmətdən);
2. Tibbi arayış;
3. “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsi;
4. Şəxsiyyət vəsiqəsi.
Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-ci kilometr 1 ünvanında yerləşən “Sürücü Təlim Mərkəzi” MMC-yə müraciət etməlidirlər. Əlaqə nömrəsi: (+994) 50 254 11 38
Fidan
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Bu maşınların qiyməti kəskin ucuzlaşacaq - YENİ QƏRAR
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
Azərbaycanda benzinlə işləyən avtomobillər tarixə qovuşur
Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA












