Sürücülərin DİQQƏTİNƏ - Avtomobildə bu hissələri TƏCİLİ DƏYİŞİN

Avtomobilə vaxtında düzgün texniki baxış keçirilməsə, ciddi problemlər yarana bilər.
Avtosfer.Az xəbər verir ki, avtomobillərin yay rejiminə keçidi ilə bağlı görülməsi vacib olan dəyişikliklər barədə texniki məsləhətçi Əli Sultanov Redaktor.az-a açıqlamasında bildirib ki, əsas məsələ təkərlərin dəyişdirilməsidir:
“İlk növbədə avtomobildəki qış təkərlərinin dəyişdirilməsi zəruridir. Çünki isti havalarda bu təkərlər həm səs verməyə başlayır, həm də maşının özünə ziyandır. Bundan başqa, soyutma sisteminə diqqət yetirmək lazımdır. Diqqət etmədikdə uzaq yola çıxan və rayonlarası işləyən maşınların radiatorlarının seksiyalarında hava axınının keçməsiylə bağlı müəyyən maneələr yaranır. Bu da mühərrikdə qızmalara səbəb olur.
Ümumiyyətlə, isti havada uzaq yola çıxan maşınlarda "Premium Euro-95" markalı yanacaqdan istifadə edilməsi daha doğrudur. Bu yanacaq növü istehsal ili 2005-ci ildən yuxarı olan avtomobillər üçün məsləhətdir”.
Texniki məsləhətçi onu da qeyd edib ki, avtomobildə yağın dəyişdirilməsinə isə ehtiyac yoxdur:
“Maşında istifadə edilən yağların qış və ya yay üçün nəzərdə tutulması Azərbaycan üçün keçərli deyil. Bizim coğrafiyamızda isə kəskin soyuq və ya isti hava müşahidə olunmadığına görə, yağların dəyişdirilməsi vacib deyil”.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










