Sürücülük vəsiqələri dəyişdirilir - Amma hamı dəyişməyə məcbur deyil

Yol hərəkəti qaydaları üzrə üzrə ekspert Elməddin Muradlı Azərbaycan sürücülük vəsiqələrinin beynəlxalq standartlara uyğunlaşdırılması mövzusuna aydınlıq gətirib. Ekspert Avtosfer.az-a bildirib ki, artıq sürücülük vəsiqələrinin yenilənməsi məsələsi gündəmə gəlib. Hətta fevralın birində, Milli Məclisin yaz sessiyasının ilk iclasında Yol Hərəkəti Haqqında qanında bu məsələ ilə bağlı dəyişiklik nəzərdə tutulur. Dəyişikliyin əsas məqsədi Azərbaycanda verilmiş sürücülük vəsiqələrinin beynəlxalq standartlara və konvensiyalara tam uyğunlaşdırılmasıdır: "Azərbaycanda latın əlifbasında olan ə, ğ, ı, ü və ö hərflərinə görə, bəzən sürücülük vəsiqələri beynəlxalq standartlara cavab verməyən kimi tanınırdı. Bəzi xarici ölkələrdə bu hərflər ingilis dilinə tərcümə olunmadığı üçün həmin ölkələrdə Azərbaycandan alınan sürücülük vəsiqəsi istifadə edənlər üçün problemlər yaranırdı.
Artıq Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı təkliflər hazırlayıb və aidiyyəti üzrə təqdim olunub. Milli Məclisdə isə bu təkliflər qəbul edilib və fevralın 1-də məsələyə baxılması nəzərdə tutulur.
Məsələ Milli Məclisdə təsdiq olunandan sonra Azərbaycanda sürücülük vəsiqələri dəyişdirilə bilər. Lakin bu könüllülük əsasında həyata keçirilir. Belə ki, kimsə xarici ölkəyə gedəcəksə və orada avtomobil idarə edəcəksə onlar gedib dəyişə bilərlər. Yəni, digər vətəndaşların mütləq şəkildə bunu etməsinə ehtiyac yoxdur. Nə vaxtsa sürücülük vəsiqəsinin istifadə müddəti bitərsə və yeni vəsiqə alan zaman bu məsələlər öz əksini tapacaq. Sadəcə olaraq qanun dəyişəndən sonra toplu halda insanların mütləq sürücülük vəsiqəsini dəyişmək istəyi lazımsızdır. Xaricə heç vaxt getmirsinizsə və orda avtomobil idarə etməyəcəsənizsə buna heç bir ehtiyac yoxdur. Amma əks təqdirdə bunu edə bilərsiniz. 25 manat dövlət rüsumu var. ASAN xidmət mərkəzlərində bunu rahat şəkildə həyata keçirə bilərsiniz. Amma qanun qəbul olunandan sonra. Yəni Milli Məclis qanun layihəsi qəbul etməli, ölkə başçısı təsdiqləməli, daha sonra icra olunmalıdır.
Namiq
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












