“Tesla” 14 min avtomobili geri çağırdı - 3 min işçini çıxaracaq

ABŞ-ın elektrikli mühərrik və avtomobil istehsalçısı “Tesla” şirkəti Çində 14 min avtomobili geri çağırıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb “Takata” şirkətinin “Tesla S” modeli üçün istehsal etdiyi hava yastığında yaranmış problemdir.
Qərar 2014-2016-cı illər aralığında istehsal edilmiş avtomobillərə şamil edilib.
Məlumata görə, həmin yastıqlar qəza zamanı tərkibindəki ammonium-nitrat maddəsinə görə ani şəkildə yanır. Bu isə ölüm və ağır yaralanmalara səbəb olur.
Bu problem səbəbindən “Takata” şirkəti 2017-ci ildə iflas edərək fəaliyyətini dayandırıb.
“Tesla”nın qurucusu İlon Mask şirkət işçilərinə göndərdiyi mesajda avtomobillərin hələ də bir çox alıcı üçün baha olduğu və bu səbəbdən hədəflənən satışın edilmədiyini bildirib. Mask yaxın zamanda 3 min işçinin işdən çıxarılacağını deyib.
Qeyd edək ki, “Tesla”nın 45 mindən çox işçisi var.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












