Tesla qəzaları gizlətməkdə ittiham olunur

ABŞ-ın Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) Tesla şirkətinin sürücüsüz idarəetmə sistemi ilə baş verən qəzalar barədə məlumatları gizlətməyə çalışması ilə bağlı araşdırma başladıb.
Avtosfer.az The Verge-ə istinadən xəbər verir ki, ABŞ qanunlarına əsasən, istehsalçılar və operatorlar qəzalar barədə 1–5 gün ərzində hökumətə məlumat verməlidirlər. Lakin bəzi hallarda Tesla bu məlumatları aylarla gecikdirməklə təqdim edib. Nəticədə şirkət qəzaları gizlətməyə cəhd göstərməkdə ittiham olunur.
Tesla isə uzun gecikmələri hadisələr barədə informasiyanın toplanması və emalı ilə izah edib.
NHTSA-nın hesabatına görə, qaydalar qüvvəyə mindiyi 2021-ci ildən bəri Tesla 2300 qəza barədə məlumat verib. Onların hamısı şirkətin avtonom idarəetmə sistemləri aktiv olduğu zaman baş verib. Qeydə alınan 43 ölüm hadisəsinin 40-ı məhz Tesla avtomobilləri ilə bağlı olub.
Xatırladaq ki, yaxın günlərdə Tesla Çində Model YL adlı yeni krossoverin satışına başlayıb. Model artırılmış enerji ehtiyatı ilə seçilir və hələlik yalnız Çin bazarında əlçatandır.(ajans.az)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












