"Tesla" xaricdə ilk zavodunu Çində tikir

"Tesla" şirkəti Çində özünün ilk elektromobil yığımı müəssisəsinin inşasına başlayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, zavod Şanxay yaxınlığındakı Linqan sənaye zonasında yerləşəcək. Yeni zavod şirkətin ABŞ hüdudlarından kənarda yerləşən ilk müəssisəsi, eləcə də Çinin avtomobil sənayesində 100 faiz xarici kapitala malik ilk zavod olacaq. "Tesla" ilə Linqan inzibati rayonu və "Linqan" korporasiyası arasında zavodun tikintisi üzrə saziş 2018-ci ilin iyulunda imzalanıb. 2020-ci ilədək "Tesla Model 3" yığılmış modelini buraxmaq planlaşdırılır.
Sənədə əsasən, ABŞ şirkəti illik istehsal həcmi 500 minədək avtomobil olan müəssisənin tikintisinə özü investisiya qoyacaq. Sərmayənin həcmi açıqlanmasa da, yerli KİV bu layihənin Şanxay tarixində istehsalatda xarici kapital qoyuluşu baxımından ən iri layihə olduğunu yazır.
Ötən il avqustun əvvəlində "Bloomberg" agentliyi məlumatlı mənbəyə istinadən "Tesla"nın zavodun inşasına 5 milyard dollar ayırmağa hazır olduğunu bildirirdi.
Həmçinin sazişə əsasən "Tesla" zavod üçün ayrılmış ərazidən (864,8 min kv.m) ticari məqsədlə 50 il istifadə etmək hüququna malikdir.
Qeyd edək ki, Şanxay müəssisənin tikintisi üçün təsadüfən seçilməyib. Belə ki, məhz bu meqapolis Çində elektromobillərdən istifadə üzrə ilk yeri tutur. 2017-ci ilin sonuna şəhərdə 165 min belə avtomobil var idi.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












