"Tesla" yeni krossoveri "Model Y" elektomobilini təqdim etdi

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti elektrik mühərrikli yeni krossoveri olan “Model Y”ı təqdim etdi. Avtosfer.az finans.az-a istinadən xəbər verir ki, şirkətin rəhbəri İlon Mask yeni elektromobilin bir şarjdan 480 kilometr məsafə qət edə, 3,5 saniyə ərzində isə 96 km/saata kimi sürətlənə bildiyini deyib.
Onun sözlərinə görə, avtomobil SUV fünksionalına malik olsa da idman avtomobili kimi gedir.
Qeyd olunur ki, yeni avtomobilin kütləvi istehsalına 2020-ci ilin payızında başlanacağı gözlənilir. Artıq 2021-ci ildə bir şarjdan 370 kilometr məsafə qət edə biləcək daha sadə komplektasiyalı “Model Y” elektromobillərinin də istehsalına başlanacaq. “Tesla”nın rəhbərinin sözlərinə görə, gələcəkdə ən ucuz “Model Y” avtomobilləri 39 min ABŞ dolları dəyərində olacaq.
Xatırladaq ki, hazırda “Tesla” şirkəti “Model 3” və “Model S” sedanlar və “Model X” krossoveri istehsal edir.
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya












